Ukrayna XİN: Qarabağda keçirilən “seçkilər” qanunsuzdur

  12 Sentyabr 2019    Oxunub : 1564
Ukrayna XİN: Qarabağda keçirilən “seçkilər” qanunsuzdur
Ukrayna Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağ bölgəsində sentyabrın 8-də “yerli özünüidarəetmə orqanları”na keçirilən “seçkilər”i tanımır və qanunsuz hesab edir.
Azvision.az xəbər verir ki, bu barədə AzərTAc-a Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.

Qeyd olunub ki, qondarma “seçkilər” Azərbaycan Respublikasının Konstitusiyasını və beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozur.

Məlumatda deyilir: “Ukraynanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. Hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyi, beynəlxalq aləmin tanıdığı sərhədlər çərçivəsində həllini tapmalıdır”.

Azvision.az

Teqlər: Ukrayna   XİN   Qarabağ