Dallasda 250 min sakin işıqsız qalıb - FOTO

Dallasda 250 min sakin işıqsız qalıb - FOTO
  07 Dekabr 2013    Oxunub:1081
Dallasda güclü qar yağması nəticəsində 250 min sakin işıqsız qalıb.
AzVision.az xəbər verir ki, Texas ştatının Dallas şəhərində güclü qar yağması nəticəsində 250 mindən çox sakin işıqsız qalıb.

Yerli KİV-lərin verdiyi məlumata görə, şəhərin bir sıra yerlərində güclü şaxta səbəbindən elektrik naqilləri qırılıb. Qarın ağırlığına tab gətirməyən ağacların budaqları sınır, bu da çox vaxt naqillərin qırılması ilə nəticələnir.

Dallas bölgəsində havaların kəskin soyuması vəziyyəti daha da mürəkkəbləşdirir. Burada cəmi iki gün bundan əvvəl havanın hərarəti müsbət 26 dərəcə olduğu halda, indi şaxta 10 dərəcəyə yaxınlaşır. Bu, dekabr ayı üçün Dallasda orta temperaturdan demək olar ki, 20 faiz aşağıdır.

Havaların pisləşməsi yol nəqliyyat hadisələrinin sayının artmasına səbəb olub. Yerli hakimiyyət orqanları əhaliyə zərurət olmadığı hallarda küçələrə çıxmamağı və avtomobil nəqliyyatından istifadə etməməyi məsləhət görür.

Qalereya




Teqlər:





Xəbər lenti