Lənkəranda zəlzələ olub

  11 Sentyabr 2019    Oxunub : 917
Lənkəranda zəlzələ olub
Lənkəran rayonunda zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Azvision.az -a verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 16:56:49-da Lənkəran stansiyasından 4 km cənubda Lənkəran ərazisində qeydə alınıb.

Zəlzələ episentrdə və ətraf yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Yeraltı təkanın maqnitudası 3.8, dərinliyi 20 kilometr olub.

Azvision.az

Teqlər: Lənkəran   Zəlzələ