İranın hərbi gəmiləri Xəzər limanlarına gələcək

İranın hərbi gəmiləri Xəzər  limanlarına gələcək
  07 Dekabr 2013    Oxunub:1304
İran Xəzəryanı ölkələrin limanlarına hərbi gəmilər qrupu göndərəcək.
AzVision.az “Fars” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Dəniz Qüvvələrinin Şimal Donanmasının (4-cü zona) rəhbəri, kontr-admiral Afşin Rzaye Həddad bildirib.

Səfər donanmalar arasında dostluq əlaqələri çərçivəsində yerinə yetiriləcək. Artıq bu məqsədlə iki gəmi qrupu hazırlanıb.

A. R. Həddad səfər ediləcək limanların adlarını açıqlamayıb.

Admiral İran Hərbi Dəniz Qüvvələrinin Xəzər dənizində ölkənin ərazi suları boyunca təhlükəsizlik kəməri yaratdığını da vurğulayıb. Bu sistem Xəzərdə hərəkətləri izləməyə və monitorinq aparmağa imkan yaradır.

Qeyd edək ki, Xəzər dənizində İran hərbi gəmiləri bu il ilk dəfə olaraq Rusiyanın Həştərxan limanında dostluq səfərində olub.


Teqlər:  





Xəbər lenti