Qubernator Heydər Əliyevin məzarını ziyarət edib - FOTO

Qubernator Heydər Əliyevin məzarını ziyarət edib -    FOTO
  11 Sentyabr 2019    Oxunub:2031
Rusiyanın Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşovun başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 11-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qоyub.
Azvision.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə tər güllər düzülüb.



Sonra Şəhidlər xiyabanına gedən nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.



Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.



Azvision.az



Teqlər: Qubernator  





Xəbər lenti