Ukrayna müxalifəti şərtlərini irəli sürdü

Ukrayna müxalifəti şərtlərini irəli sürdü
  07 Dekabr 2013    Oxunub:1077
Ukrayna müxalifəti hakimiyyətlə danışıqlara başlamaq üçün öz şərtlərini irəli sürüb. AzVision.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu UDAR partiyasının lideri Vitali Kliçko deyib.

Kliçko bildirib ki, irəli sürülən şərtlər arasında Avropa meydanında saxlanılanların hamısının azadlığa buraxılması, etirazçıları noyabrın 30-da və dekabrın 1-də döyən milis əməkdaşlarının cəzalandırılması, daxli işlər naziri Vitali Zaxarçenkonun və bütün hökumətin istefası tələbi var.

“Yalnız bundan sonra biz danışıqlara başlayacağıq”, - deyə o vurğulayıb.


Teqlər:





Xəbər lenti