Baş nazirin ailə üzvləri təhdid olunur

Baş nazirin ailə üzvləri təhdid olunur
  07 Dekabr 2013    Oxunub:1132
Ukrayna Baş nazirinin ailə üzvləri təhdid olunur.
Ukraynanın Baş naziri Nikolay Azarov bəyan edib ki, Maydanın aktivistləri onun ailə üzvlərini təhdid edirlər. AzVision.az "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə o öz "facebook" səhifəsində yazıb.

N.Azarov qeyd edib: "Mən anlamıram, hakimlərin, prokurorların, hüquq mühafizə orqanlarının əməkdaşlarının mənzillərinə daxil olmağı, onların uşaqlarını, ailəsini təhdid etməyi göstəriş verən Maydandakı müxalifət hansı Avropa dəyərlərindən danışa bilər? Bu sadəcə cinayət deyil, əxlaq, mənəviyyat sərhədlərini aşmaq deməkdir. Yeri gəlmişkən, mənim ailə üzvlərim də təhdid olunur".

Qeyd edək ki, Ukrayna hökuməti noyabrın 22-də rəsmi Kiyevlə Avropa İttifaqı arasında assosiasiya haqqında sazişin imzalanmasına hazırlığın dayandırılması barədə qərar verdikdən sonra paytaxtda etiraz aksiyalarına başlanılıb. Müstəqillik meydanında (Maydan) aksiyalar hələ də davam edir.


Teqlər:





Xəbər lenti