Afrika ölkələrinin rəhbərləri Parisdə

Afrika ölkələrinin rəhbərləri Parisdə
  07 Dekabr 2013    Oxunub:1222
Afrika ölkələrinin rəhbərləri qitədə sabitliyin təmin olunması ilə bağlı Paris sammitinə toplaşıb.
Dekabrın 6-da Afrikanın 40 ölkəsinin rəhbərləri qitədə sabitliyin təmin olunmasını müzakirə etmək üçün Paris sammitinə toplaşmışlar. Yelisey sarayında keçirilən zirvə toplantısında dünyada sülh və insan hüquqlarının müdafiəçisi kimi tanınan Nelson Mandelanın xatirəsi bir dəqiqəlik sükutla anılmış və onun insan haqları uğurundakı fəaliyyəti xatırlanıb.

Toplantıda son zamanlar Sentrafrika ölkəsində baş verən qanlı hadisələr, BMT Təhlükəsizlik Şurasının ölkədə sabitliyin təmin olunması ilə əlaqədar hərbi müdaxiləyə yaşıl işıq yandırması və Fransanın bu ölkədə kəskinləşən qarşıdurmanın qarşısını almaq məqsədilə hərbi əməliyyata başlaması məsələləri ətrafında müzakirələr aparılıb.

Sammitdə Fransanın qitənin Sentrafrika və Mali ölkələrində fransız hərbçilərinin sayının artırılması qərara alınmış, Sentrafrikada hərbi əməliyyatlara başlaması barədə qərarının Afrika Birliyi, Avropa İttifaqı və BMT tərəfindən dəstəkləndiyi qeyd olunub.


Teqlər:





Xəbər lenti