Günəşli Korsikadan terror xəbəri

Günəşli Korsikadan terror xəbəri
  07 Dekabr 2013    Oxunub:1314
Korsikada terror aktı törədilib.
Korsika adasının əsas şəhərləri Ajaççioda və Bastiada yerləşən jandarm kazarmalarına qarşı terror aktları törədilib. Naməlum şəxslər dekabrın 5-də gecə radələrində hər iki kazarmanı raket atəşinə tutublar. İnsan tələfatı olmasa da, kazarmalar ciddi dağıntılara məruz qalıb.

Fransanın daxili işlər naziri Manuel Valls beş millətçi korsikalının həbsinə etiraz əlaməti olaraq törədilən terror aktlarını pisləmiş və cinayətkarların tezliklə tapılaraq ədalət məhkəməsi qarşısında öz əməllərinə görə cavab verəcəklərini bəyan edib.


Teqlər:





Xəbər lenti