Obama Mandeladan danışdı - VİDEO

Obama Mandeladan danışdı - VİDEO
  07 Dekabr 2013    Oxunub:1179
ABŞ prezident Barak Obama əfsanəvi lider Nelson Mandelanın ölümü ilə əlaqədar Ağ evdə çıxış edib. Gəlin birgə Nelson Mondellaya yaşadığı həyata görə təşəkkür edək deyən Obama mərhumun dustaq həyatından da danışıb. Eləcədə BMT baş katibi Pan Gi Mun rəhbərlik etdiyi qurumun baş ofisində Mandellanın ölümündən kədərləndiyini bildirərək “O bizim ürəklrimizə yol tapmışdı” dedi.

Cənubi Afrika Respublikasının sabiq prezidenti, əfsanəvi lider Nelson Mandelanın dəfn olunacağı tarix dəqiqləşib. AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, CAR prezidenti Ceykob Zuma N. Mandelanın dekabrın 15-də doğulduğu Kunu kəndində dəfn ediləcəyini açıqlayıb.

Dəfn gününə qədər ölkədə milli matəm elan olunub. Dekabrın 11-dən 13-nə qədər paytaxt Pretoriyada, hökumət binasında vida mərasimi keçiriləcək. Dəfnlə bağlı təşkil olunacaq rəsmi mərasimdən sonra cənazə Kunu kəndinə göndəriləcək.

Xatırladaq ki, N. Mandela dekabrın 5-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.




Teqlər:  





Xəbər lenti