Bu il 600-dən çox bal toplayan internat məzunları - SİYAHI (EKSKLÜZİV)

  04 Sentyabr 2019    Oxunub : 5805
 Bu il 600-dən çox bal toplayan internat məzunları - SİYAHI (EKSKLÜZİV)
2018-2019-cu tədris ili üzrə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan internat tipli məktəb məzunlarının sayı məlum olub.
Azvision.az -ın əldə etdiyi eksklüziv məlumata görə, bu il belə məktəbləri bitirən 11 məzun 600-dən çox bal toplayıb.

Onların arasında ən yüksək nəticəni Ağdaş rayonu, M.Şeyxzadə adına internat tipli Texniki, Humanitar və Təbiət fənlər təmayüllü gimnaziyanın məzunu Əliyev Murad Rəşad oğlu göstərib. 17 yaşlı abituriyent 670.8 balla Bakı Ali Neft Məktəbinə qəbul olub.

Digər abituriyentlərin siyahısını təqdim edirik:



Qeyd edək ki, 2017/2018-ci tədris ilində internat məktəbləri və internat tipli təhsil müəssisələrindən 11-ci siniflər üzrə 549 nəfər məzun olub. Onlardan 207 nəfər ali təhsil müəssisələrinə, 48 nəfər orta ixtisas təhsili müəssisələrinə, 23 nəfər isə peşə məktəblərinə qəbul olunublar. Ali məktəbə qəbul olunan şagirdlərdən 2 nəfər yüksək bal toplayaraq Prezident təqaüdü alıb. Daha bir məzun isə 695 bal toplayıb.

Aytən Zəhra
Azvision.az

Teqlər: İmtahan   İnternat   Məktəb