Naxçıvan Qarnizonu Qoşunlarında snayperlərin toplantısı - VİDEO

Naxçıvan Qarnizonu Qoşunlarında snayperlərin toplantısı -    VİDEO
  03 Sentyabr 2019    Oxunub:1801
“Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən Naxçıvan Qarnizonu Qoşunlarında snayperlərin toplantısı keçirilib.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, toplantıda əsas məqsəd kəskin relyef və iqlim şəraitinə malik olan Naxçıvan ərazisində fəaliyyət göstərmək üçün şəxsi heyətə yüksək dözümlülük, təmkinlik, fiziki hazırlıq kimi xüsusiyyətlərin aşılanması olub.



Toplantının sonunda “Ən mükəmməl snayper” adı uğrunda yarış keçirilib, snayperlərin müxtəlif üsullarla maskalanmaq, saatlarla müşahidə aparmaq bacarıqları yoxlanılıb, snayper tüfənglərindən müxtəlif məsafələrdə yerləşən hədəflərə atışlar icra edilib.

Azvision.az



Teqlər: Naxçıvan   Snayper  





Xəbər lenti