Bərdədə ikimərtəbəli evdə yanğın olub

Bərdədə ikimərtəbəli evdə yanğın olub
  02 Sentyabr 2019    Oxunub:1290
Bərdə rayonunun Ərəblər kəndində yanğın baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 240 m² olan ikimərtəbəli 6 otaqlı evin birinci mərtəbəsində yerləşən qarajın taxtadan ibarət tavanı 10 m² sahədə yanıb. Qarajın qalan hissəsi və ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın   Bərdə  





Xəbər lenti