Azərbaycanda müəllimlərin maaşları artdı

   Azərbaycanda müəllimlərin maaşları artdı
  01 Sentyabr 2019    Oxunub:4436
Azərbaycan Prezidenti İlham Əliyevin bu il iyunun 18-də imzaladığı "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında" və "Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında" sərəncamları qüvvəyə minib.
Azvision.az xəbər verir ki, sentyabrın 1-dən qüvvəyə minən sərəncamlara əsasən, orta məktəblərdə və peşə məktəblərində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb.

Azvision.az



Teqlər:





Xəbər lenti