Altıağacda 267 ədəd çətənə kolu aşkarlanıb

  28 Avqust 2019    Oxunub : 685
Altıağacda 267 ədəd çətənə kolu aşkarlanıb
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Altıağac qəsəbəsində yerləşən meşəlik ərazidə yabanı halda bitmiş hündürlüyü 80-220 sm olan 267 ədəd çətənə kolu aşkar olunub. Həmin narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib.

Faktla bağlı Xızı RPŞ-də araşdırma aparılır.

Azvision.az

Teqlər: Quba   Çətənə   Narkotik