Derbidə qanlı olay: 3 nəfər öldü, 10-u yaralıdır

   Derbidə qanlı olay:    3 nəfər öldü, 10-u yaralıdır
  19 Avqust 2019    Oxunub:2082
Hondurasın "Olimpiya" və "Motaqua" klubları arasında keçirilən derbi görüşündə insident yaşanıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, futbol matçı zamanı stadionda baş verən qarşıdurma nəticəsində 3 nəfər ölüb, 10 nəfər yaralanıb.

Polis insidentin qarşısını almaq üçün tərəfdarlara qarşı gözyaşardıcı qazdan istifadə edib. Hadisədən sonra ölkə üzrə bütün oyunlar təxirə salınıb.

Azvision.az



Teqlər: Futbol   İnsident   Qarşıdurma  





Xəbər lenti