Toyda partlayış, ölü sayı 60-dan çoxdur - Yenilənib

Toyda partlayış, ölü sayı 60-dan çoxdur -  Yenilənib
  18 Avqust 2019    Oxunub:3343
Əfqanıstanın paytaxtı Kabildə keçirilən toy mərasimində partlayış nəticəsində ölənlərin sayı 63 nəfərə çatıb.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, yaralıların sayı 182 nəfərdir. Onlardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir. Bu səbəbdən ölü sayının artacağı istisna edilmir.
Qeyd edək ki, bundan əvvəl 40 nəfərin öldüyü, 100 nəfərin yaralandığı bildirilirdi.

***
Əfqanıstanın paytaxtı Kabildə keçirilən toy mərasimində dəhşətli partlayış baş verib.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 40-dan çox insan ölüb, azı 100 nəfər yaralanıb. Əraziyə xeyli sayda xilasedici və təcili yardım briqadaları cəlb olunub.

İlkin məlumata əsasən, partlayışı terrorçu-kamikadze törədib. Terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Azvision.az



Teqlər: Əfqanıstan   Toy   Mərasim  





Xəbər lenti