Bakıda poçta basqın edildi - Bir nəfər bıçaqlandı

   Bakıda poçta basqın edildi -     Bir nəfər bıçaqlandı
  17 Avqust 2019    Oxunub:2124
Bakıda poçt şöbəsini qarət etmək istəyən şəxslər tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, avqustun 15-də Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində yerləşən poçt şöbəsinə girmiş şəxsiyyəti məlum olmayan 2 nəfər orada işləyən E.İsgəndərovu bıçaqla hədələyib pul verməsini tələb ediblər. Həmin şəxslər müqavimətlə rastlaşdıqlarından E. isgəndərova bıçaqla xəsarət yetirib hadisə yerini tərk ediblər.

Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini H.Babayev, Abşeron rayon sakinləri R.Layıçov və T.Əfəndizadə saxlanılıb. H.Babayevdən 5,229 qram marixuana götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Poçt   Qarət  





Xəbər lenti