Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib - VİDEO

  16 Avqust 2019    Oxunub : 857
 Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib - VİDEO
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib.
Azvision.az Müdafiə Nazirliyinə istinadən xəbər veirr ki, birləşmə və hissələrin ştat şəxsi heyəti S-125 zenit-raket komplekslərindən şərti düşmən hədəflərini aşkarlayaraq praktiki şəkildə məhv etmə tapşırığını müvəffəqiyyətlə icra edib.

Keçirilən təlimlərin məqsədi şəxsi heyətin praktiki vərdişlərini təkmilləşdirmək və döyüş qabiliyyətinin yüksəldilməsinə nail olmaqdır.



Azvision.az

Teqlər: Döyüş   Atış   Təlim   Müdafiə-Nazirliyi