“Miqrasiya könüllüləri”nə sertifikat verilib - FOTOLAR

  16 Avqust 2019    Oxunub : 562
“Miqrasiya könüllüləri”nə sertifikat verilib - FOTOLAR
Şəki regional miqrasiya idarəsində fəaliyyətini uğurla başa vuran 10 könüllüyə sertifikat təqdim edilib.
Dövlət Miqrasiya Xidmətindən Azvision.az -a verilən məlumata görə, son illər ölkədə könüllülük hərəkatının geniş vüsət alması müsbət hal kimi qiymətləndirilib. Şəki regional miqrasiya idarəsinin rəisi, baş miqrasiya xidməti müşaviri İlqar Mehdiyev bildirib ki, gənclərin miqrasiya orqanlarında təcrübə keçməsi onların gələcək əmək fəaliyyəti dövründə əhəmiyyətli rol oynayacaq.



Könüllülər əsasən, vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, olduğu yer üzrə qeydiyyat və digər məsələlərlə bağlı müraciət edən vətəndaşlara yardımçı olublar.



Dövlət Miqrasiya Xidmətinə işə qəbulla bağlı keçirilən son müsahibədə bir nəfər-Xəyalə Qafarova Şəki regional miqrasiya idarəsində işə qəbul olunub.



Azvision.az

Teqlər: DMX