Türkiyə Qətərdə ikinci hərbi bazasını yaradır

  14 Avqust 2019    Oxunub : 897
 Türkiyə Qətərdə ikinci hərbi bazasını yaradır
Türkiyə Fars körfəzi sahilində yerləşən Qətər əmirliyinin ərazisində ikinci hərbi bazasının tikintisini demək olar ki, başa çatdırıb.
Azvision.az xəbər verir ki, bu barədə “Al Ahram” qəzeti məlumat yayıb. Qeyd olunub ki, yeni hərbi bazanın açılışı payızda baş tutacaq.

Hərbi obyektin istifadəyə verilməsi mərasimində Qətərin Əmiri Şeyx Təmim bin Həməd Al Tani və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak edəcəyi gözlənilir.

Türkiyənin yeni bazası paytaxt Dohanın cənubunda, artıq mövcud olan “Tarek ben Ziyad” bazasının yanında yerləşəcək.

Qeyd olunub ki, yeni bazanın işə düşməsi ilə Qətərdəki türk hərbçilərinin sayı “əhəmiyyətli dərəcədə artacaq

İlkin Nəcəfzadə
Azvision.az

Teqlər: Türkiyə   Qətər