Qaradağda minik və yük avtomobilləri toqquşub, iki nəfər ölüb

   Qaradağda minik və yük avtomobilləri toqquşub, iki nəfər ölüb
  11 Avqust 2019    Oxunub:1854
Bakı şəhərinin Qaradağ rayonunda “Mercedes” markalı minik avtomobili və “КамАЗ” markalı yük avtomobili toqquşub.
Bu barədə Azvision.az -a Fövqəladə Hallar Nazirliyindən bildiriblər.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Mercedes” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan Arif Allahverdiyevin və Mübariz Allahverdiyevin meyitlərini və müxtəlif xəsarətlər alan digər 2 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: FHN   Qaradağ   Qəza  





Xəbər lenti