“Səbail” heyətinə yeni futbolçu cəlb edib

  09 Avqust 2019    Oxunub : 602
“Səbail” heyətinə yeni futbolçu cəlb edib
“Səbail” klubu heyətinə yeni futbolçu cəlb edib.
Azvision.az kluba istinadən xəbər verir ki, paytaxt təmsilçisi “Sumqayıt”dan ayrılan Adil Nağıyev ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, 24 yaşlı müdafiəçi bir il ərzində “Səbail”də çıxış edəcək.

“Sumqayıt” A.Nağıyevlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

Azvision.az

Teqlər: Səbail