İsmayıl Ömərov mətbuata qadağa qoydu

İsmayıl Ömərov mətbuata qadağa qoydu
  03 Dekabr 2013    Oxunub:1215
İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) sabiq baş direktoru İsmayıl Ömərov mətbuata qadağa qoyub.
Belə ki, İTV-dən getdikdən sonra mediadan uzaq düşən İ.Ömərov artıq telefonla heç bir jurnalistə nə açıqlama, nə də müsahibə verməyəcək.

Bu barədə AzVision.az-ın əməkdaşına İ.Ömərov özü deyib.
Hazırda Bakıda olduğunu deyən keçmiş baş direktor İTV-dəki dəyişikliklər barədə də danışmaqdan imtina edib.

“Hazırda Bakıdayam. Hər şey yaxşıdır. Sadəcə bundan sonra jurnalistlərə telefonla müsahibə verməyəcəm”-deyə İ.Ömərov deyib.

Şəhanə Rəhimli


Teqlər:  





Xəbər lenti