Püşk atıldı: “Qarabağ”ın rəqibi “Ayaks” ola bilər

 Püşk atıldı:  “Qarabağ”ın rəqibi “Ayaks” ola bilər
  05 Avqust 2019    Oxunub:2384
Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Azvision.az xəbər verir ki, püşkatma nəticəsində 3-cü mərhələdə mübarizə aparacaq APOEL - “Qarabağ” cütünün qalibinin potensial rəqibləri müəyyənləşib.

Səpələnməmişlər səbətində yer alan cütlüyün qalibi PAOK (Yunanıstan) - "Ayaks" (Hollandiya) cütünün qalibi ilə qarşılaşacaq. "Qarabağ" APOEL səddini aşsa, pley-offdakı ilk oyununu Bakıda keçirəcək.

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 20-21-də, cavab qarşılaşmaları isə avqustun 27-28-də keçiriləcək.

Azvision.az


Teqlər: UEFA   Qarabağ   Futbol   UÇL  





Xəbər lenti