“Neftçi” “Arsenal”ı darmadağın etdi - Yenilənib

“Neftçi” “Arsenal”ı darmadağın etdi -   Yenilənib
  02 Avqust 2019    Oxunub:5142
Bu gün Avropa Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Azvision.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən “Neftçi” Bakıda Rusiyanın "Arsenal" klubunu qəbul edib.
Matçın ilk hissəsi qarşılıqlı hücumlar şəraitində keçib. “Bakcell Arena”da baş tutan görüşün 49-cu dəqiqəsində hesab açılıb. "Neftçi"nin futbolçusu Rauf Əliyev dəqiq zərbə ilə adını qol siyahısına yazdırıb.

Əzmkar oyun nümayiş etdirən paytaxt təmsilçisi rəqib qapısından daha iki qol keçirib. Beləliklə, görüş “Neftçi”nin 3:0 hesablı qələbəsilə yekunlaşıb.

Qeyd edək ki, bu qələbə sayəsində mərhələ adlayan Azərbaycan klubu 3-cü turda İsrailin “Bney Yehuda” komandası ilə qarşılaşacaq.

Azvision.az


Teqlər: Neftçi  





Xəbər lenti