Amazon.com-dan yenilik – Video

Amazon.com-dan yenilik – Video
  03 Dekabr 2013    Oxunub:1040
Şirkət satdığı malları alıcıya kiçik pilotsuz təyyarələrlə çatdıracaq

AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, dünyada internet üzərindən məhsul və xidmət satışının dövriyyəsinə görə ən böyük şirkət olan Amazon.com internet mağazası yeniliyi ilə çoxlarını təəccübləndirib. Belə ki, şirkət məhsulun alıcıya çatdırılma vaxtını qısaltmaq üçün avtonom aparatlardan istifadə edəcək. Çəkisi 2 kiloqrama qədər olan malları anbardan 16 kilometr məsafəyə qədər çatdırmaq qabiliyyətinə malik olan aparatlar çatdırılma vaxtına 30 dəqiqəyə qədər qənaət edəcək.

Xatırladaq ki, layihənin reallaşdırılmasına bir neçə il vaxt sərf olunub. Bundan sonra isə şirkətə Amerika Aviasiya idarəsindən “uçuş” icazəsini almaq qalıb. İcazə verilərsə, uçan aparatlar müştərilərə xidmət göstərməyə başlayacaq.



Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti