“Media fikirlərimi düzgün yazmır” - Tramp “Twitter”ə sığınıb
Azvision.az -ın məlumatına görə, Tramp “C-Span” telekanalına müsahibəsində bildirib ki, medianın hücumundan özünü qorumaq üçün “Twitter”də yazır.
ABŞ prezidenti əlavə edib ki, KİV-də onun haqqında yazılan bəzi məlumatlardan məyus olub.
“Mən çox məyusam və buna təəccüblənirəm. Qələbənin nə qədər böyük olmağına baxmayaraq, onlar həqiqəti düzgün qeyd etmirlər, nəticədə yalan informasiya yaranır”.
Tramp, həmçinin qeyd edib ki, sosial şəbəkələrdə ona 43 min mesaj göndərilib.
Aytən Zəhra
Azvision.az