Ronaldinyonun ölkədən çıxışına qadağa qoyuldu

Ronaldinyonun ölkədən çıxışına qadağa qoyuldu
  31 İyul 2019    Oxunub:1608
Braziliyanın hakimiyyət orqanları futbol üzrə milli komandanın və “Barselona” klubunun keçmiş futbolçusu Ronaldinyonun ölkədən çıxışına qadağa qoyub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, qadağa Ronaldinyonun Braziliyada Portu-Aleqri şəhərində apardığı tikinti işləri zamanı ekologiyaya vurduğu ziyana görə 2,3 milyon avro məbləğində cərimə edilməsi ilə əlaqədardır.

Bundan əlavə, ulduz futbolçu tikinti prosesində meşəyə və torpağa da zərər vurmaqda ittiham edilir. 39 yaşlı Ronaldinyonun ölkədən çıxışına qadağa qoyulmasından əlavə, ona məxsus 57 daşınmaz əmlak obyekti üzərinə həbs qoyulub.

Azvision.az



Teqlər: Ronaldinyo   Futbolçi  





Xəbər lenti