2 nəfər suda boğulmaqdan xilas olunub

2 nəfər suda boğulmaqdan xilas olunub
  30 İyul 2019    Oxunub:1647
FHN suda batma təhlükəsi ilə üzləşən 2 nəfərə kömək edib.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, bu gün nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Bakı şəhərinin Suraxanı rayonunda, dənizdə və Şirvan şəhəri, Kür çayında sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti