İran ərəb qonşularına səsləndi

İran ərəb qonşularına səsləndi
  02 Dekabr 2013    Oxunub:1001
İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif İran ərəb qonşularını nüvə məsələsi ilə bağlı arxayın etmək istəyib
AzVision.az - ınKüveyt mətbuatına istinadla verdiyi xəbərə görə, İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ölkənin nüvə proqramının ərəblərə heç bir zərəri olmayacağını bəyan edib. İran XİN rəhbəri Küveytə səfəri zamanı verdiyi mətbuat konfransında bildirib ki, son nüvə razılaşması bizim qonşularımızın xüsusilədə körfəzdəki ərəb dövlətlərinin heç birinin zərərinə deyil və sadəcə olaraq İran öz nüvə hüquqlarından bəhrələnmək istəyir.

İranın XİN rəhbəri Səudiyyə Ərəbistanı rəsmilərini də bölgədəki münaqişələrin həlli üçün əməkdaşlıq etməyə çağırıb. O, Səudiyyə Ərəbistanını bölgənin ən nüfuzlu ölkələrindən biri olduğunu bəyan edib və ölkəsinin rəsmi ər-Riyadla əlaqələrdə yeni səhifələr açmaqda maraqlı olduğunu deyib.

Bildirək ki, İran və Fars körfəzində yerləşən ərəb ölkələrinin maraqları, Suriya münaqişəsi, Bəhreyndəki siyasi gərginlik, İraqda terror aktları və siyasi gərginlik, körfəzdə yerləşən üç ada , Livanda siyasi durum və bir sıra digər məsələlərdə bir-birilə toqquşmaqdadır.

AzVision.az


Teqlər:





Xəbər lenti