Cəbəllütariq İran tankerini daha 30 gün saxlayacaq

 Cəbəllütariq İran tankerini daha 30 gün saxlayacaq
  19 İyul 2019    Oxunub:1749
Cəbəllütariq muxtar hökumətinin Ali məhkəməsi İranın “Grace 1” super tankerinin daha 30 gün saxlanması ilə bağlı qərar verib.

.
Azvision.az xəbər verir ki, bu barədə Cəbəllütariqin baş prokuroru Maykl Lyamas bildirib. Onun sözlərinə görə, saxlanma barədə qərar avqustun 15- dək artırılıb

Qeyd edək ki, iyulun 4-də Böyük Britaniyaya bağlı olan Cəbəllütariq hökuməti İrana məxsus Suriyaya qeyri-qanuni yolla xam neft daşıyan “Grace 1” tankerini saxlayıb, kapitan və baş zabit həbs edilib. Tankerdəki iki milyon barel xam neft Suriyanın Banyas şəhərindəki neft emalı zavoduna təhvil verilməli idi. Bildirilir ki, Grace 1” gəmisi bununla Avropa İttifaqının Suriyaya qarşı sanksiyalarını pozub.

Cəbəllütariq muxtar hökumətinin rəhbəri Fabian Pikardo qeyd edib ki, beynəlxalq sanksiyalarla qadağan edilmiş mallar və məhsullar Cəbəllütariqə məxsus sulardan keçə bilməz. Onun sözlərinə görə, tankerdəki yüngül xam neft səyyar laboratoriya vasitəsilə ekspertizadan keçirilib və müvafiq sənəd hazırlanaraq Aİ-nin rəhbərləri Jan-Klod Yunker və Donald Tuska göndərilib. Pikardo əlavə edib ki, bütün bu proseduralar Cəbəllütariq muxtar hökumətinin yekdil qərarı ilə həyata keçirilib və baxılması üçün Ali Məhkəməyə təqdim olunub.

İran isə Qərb ölkələrindən, xüsusən Böyük Britaniya hökumətindən tankerin buraxılmasını tələb edir.

Şahanə Rəhimli
Azvision.az




Teqlər: Cəbəllütariq   İran   Tanker  





Xəbər lenti