Ağstafada ağır yol qəzası: Ölən və yaralılar var

   Ağstafada ağır yol qəzası:    Ölən və yaralılar var
  16 İyul 2019    Oxunub:2150
Ağstafada ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Azvision.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Göycəli kəndində qeydə alınıb. Belə ki, Qazax rayon sakini, 27 yaşlı İsmət Hacıyev idarə etdiyi "Mercedes" markalı minik maşını ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə minik maşını divara çırpılıb.

Qəza zamanı sürücü hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan sərnişinlər - Qazax rayon sakinləri, 27 yaşlı Nicat Şamxalov və 25 yaşlı Fuad Məmmədov ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. Xəstələrin vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Qəza   Maşın  





Xəbər lenti