“Qarabağ”ın oyunu moldovalı hakimlərə tapşırıldı

“Qarabağ”ın oyunu moldovalı hakimlərə tapşırıldı
  16 İyul 2019    Oxunub:1973
UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsi çərçivəsində “Qarabağ” və Albaniyanın “Partizani” komandaları arasında keçiriləcək cavab qarşılaşmasına hakim təyinatları açıqlanıb.
Azvision.az klubun “Facebook” səhifəsinə istinadən xəbər verir ki, oyunun idarə edilməsi Moldovadan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Dumitru Muntyana Vladislav Lifçu və Andrey Bodyan yan xətt, Aleksandru Tyan isə dördüncü hakim qismində kömək edəcəklər. Şotlandiyalı Uilyam Yanq hakim-inspektor, ingiltərəli Maykl Foster UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcəklər.

Qeyd edək ki, iyulun 17-də “Dalğa Arena”da keçiriləcək matç saat 21:00-da başlanacaq. Tiranadakı ilk oyun qolsuz heç-heçə ilə yekunlaşıb.

Azvision.az



Teqlər: Qarabağ  





Xəbər lenti