DYP-dən sürücülərə xəbərdarlıq

DYP-dən sürücülərə xəbərdarlıq
  30 Noyabr 2013    Oxunub:1299
Bakının bəzi küçələrində avtomobillərin hərəkəti bir həftə ərzində məhdudlaşdırılacaq
Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin 8-ci sessiyası və Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyanın 10 illik yubileyinin keçirilməsi ilə əlaqədar avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov Apa-ya açıqlamasında bildirib ki, UNESCO-ya üzv olan 180 ölkədən olan nümayəndə heyətinin üzvləri artıq Bakıya gəlməyə başlayıb.

Tədbirə gələn qonaqların yerləşdirilməsi və tədbirin təhlükəsizliyini təmin etmək məqsədi ilə dekabrın 1-dən 8-dək paytaxtın Səbail, Nəsimi, Yasamal və Nərimanov rayonlarının ərazilərində yerləşən hotellər istiqamətində, eləcə də Heydər Əliyev, Gülüstan Sarayları, İçərişəhər, İncəsənət və Xalça muzeyləri, Heydər Əliyev Mərkəzi və Qobustan Milli Tarix-Bədii Qoruğu, “Atəşgah məbədi” qoruğu istiqamətində avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyətlər qoyulacaq.

V. Əsədov bir həftə ərzində paytaxt sakinlərindən ictimai nəqliyyata üstünlük vermələrini tövsiyə edib.



Teqlər:





Xəbər lenti