TBMM-də millət vəkilləri arasında gərginlik - FOTO

  09 İyul 2019    Oxunub : 1514
 TBMM-də millət vəkilləri arasında gərginlik - FOTO
Türkiyə Böyük Millət Məclisində Milliyətçi Hərəkat Partiyası (MHP) və Cümhuriyyət Xalq Partiyası (CHP) üzvləri arasında gərginlik yaşanıb.
Azvision.az xəbər verir ki, gərginlik zamanı MHP-li millət vəkilləri CHP-li həmkarları Özgüz Özəlin üzərinə hücum çəkiblər.

Baş verən gərginliyə səbəb CHP-li millət vəkillərinin bir müddət öncə gündəmə gətirilən əfv müzakirələrini yenidən açması və MHP sədri Dövlət Baxçalını tənqid etməsi olub.

Gərginlikdən sonra iclasda fasilə elan olunub.



Kənan Məmmədov
Azvision.az

Teqlər: TBMM   Gərginlik