Çirkab suyunu gölə axıdan şəxs cərimələndi

Çirkab suyunu gölə axıdan şəxs cərimələndi
  05 İyul 2019    Oxunub:1562
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.
DİN-dən Azvision.az -a verilən məlumata görə, paytaxtın Sabunçu rayonu ərazisində keçirilmiş növbəti belə tədbir zamanı Biləsuvar rayon sakini E.Əmirovun “QAZ-53” markalı avtomobili ilə rayon ərazisindəki gölə çirkab sularını axıtması faktı aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 264-cü (su obyektlərinin mühafizəsi qaydalarının pozulması) maddəsinin tələblərini pozduğuna görə E.Əmirov barəsində protokol tərtib edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

Azvision.az


Teqlər: DİN   Göl   Cərimə  





Xəbər lenti