İdmançılarımız Minskdə erməniləri darmadağın etdilər - FOTOLAR
Yarışlar zamanı Azərbaycan təmsilçiləri idmanın müxtəlif növləri üzrə görüşlərdə Ermənistan nümayəndələri ilə üz-üzə gəliblər. Prinsipial görüşlərin hamısı idmançılarımızın qələbəsilə yekunlaşıb.
Azvision.az xəbər verir ki, 69 kq çəkidə çıxış edən Kuba əsilli Azərbaycan boksçusu Lorenzo Sotomayor 1/16 finalda erməni Qurqen Madoyanı rinqə çıxmağına peşman edib. Sotomayor 5:0 hesablı qələbə ilə növbəti tura adlayıb.
57 kq çəki dərəcəsində bürünc medal uğrunda görüşdə samboçumuz Mehman Xəlilov erməni rəqibi Maksim Manukyandan üstün olub.
Cüdo yarışlarında 73 kq çəkidə mübarizə aparan Rüstəm Orucov Ermənistan təmsilçisi Ferdinand Karapetyana vaza-ari xalı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.
Azərbaycan təmsilçisi Hidayət Heydərov bürünc medal uğrunda təsəlliverici görüşdə daha əvvəl Rüstəm Orucovun 1/4 finalda məğlub etdiyi Karapetyanı məyus edib. İdmançımız əlavə vaxtda ipponla qələbə qazanıb.
Yarışda 65 kq çəki dərəcəsində çıxış edən Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev 1/8 final görüşündə Ermənistan təmsilçisi Valodya Franqulyana heç bir şans verməyib - 6:0.
Hacı Əliyev yarımfinal görüşündə də erməni rəqiblə qarşılaşıb. Həmin görüşdə Ukrayna təmsilçisi erməni əsilli Hor Ohanesyanı məğlub edən idmançımız finalda Gürcüstanın olimpiya çempionundan üstün olub.
Azvision.az
Teqlər: İdman Avropa-Oyunları Erməni Rəqib Minsk