Güləşçimiz “Minsk 2019”un finalına yüksəlib

Güləşçimiz “Minsk 2019”un finalına yüksəlib
  25 İyun 2019    Oxunub:2046
Minskdə keçirilən Avropa Oyunlarının sərbəst güləş yarışlarının birinci günündə Azərbaycan pəhləvanı Mahir Əmiraslanov (57 kq) finala yüksəlib.
Azvision.az xəbər verir ki, güləşçimiz yarımfinalda Rusiya təmsilçisi Zavur Uquyev ilə qarşılaşıb.

Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada M.Əmiraslanov hesabda geri düşməsinə baxmayaraq, yüksək əzmkarlıq göstərərək görüşü qələbə ilə başa vurub.

Qeyd edək ki, finalda pəhləvanımızın rəqibi serbiyalı Stevan Misiç olacaq. Final qarşılaşması iyunun 26-da keçiriləcək.

Azvision.az


Teqlər: Avropa-Oyunları   Minsk  





Xəbər lenti