ABŞ-la sərhəddə 15 min hərbçi yerləşdirildi

ABŞ-la sərhəddə 15 min hərbçi yerləşdirildi
  25 İyun 2019    Oxunub:1550
Meksika ABŞ-la sərhəddə 15 min hərbçi yerləşdirib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Meksikanın Müdafiə naziri Luis Cresencio Sandoval açıqlama verib. O bildirib ki, hərbçilərin şimal sərhəddinə yerləşdirilməsi ABŞ-a qeyri-qanuni miqrasiyanın qarşısının alınmasına hesablanıb.

Nazir əlavə edib ki, Qvatemala ilə sərhəd əraziyə də 6500 nəfərlik hərbi birlik cəlb olunub.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp qeyri-qanuni miqrantlarla bağlı tədbirlər görməsə, Meksikanı ticarətdə tətbiq edilən gömrük vergilərini artıracağı ilə hədələmişdi.

Kənan Məmmədov
Azvision.az


Teqlər: ABŞ   Meksika   Miqrasiya   .  





Xəbər lenti