Nazirdən Əsədə xəbərdarlıq: “Həddinizi bilin”

  Nazirdən Əsədə xəbərdarlıq:    “Həddinizi bilin”
  16 İyun 2019    Oxunub:2562
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Suriya rəhbərliyinə xəbərdarlıq edib.
Azvision.az -ın məlumatına görə, Türkiyənin Suriyadakı müşahidə məntəqəsinə edilən hücumla bağlı açıqlama verən XİN rəhəbri Əsəd rejimini həddini aşmamağa çağırıb.

"Rejimin əsgərlərimizə qarşı təcavüzünə dözmək mümkün deyil. Onlara həddini bildirərik. Hər kəs həddini bilsin".

Qeyd edək ki, bu gün Suriyada Türkiyəyə məxsus müşahidə məntəqəsinə hücum edilib. Hücum zamanı ölən və yaralanan olmasa da, silah-sursatın bir qisminə ziyan dəyib. Cavab atəşi ilə hücumun qarşısı alınıb.

Azvision.az



Teqlər: Türkiyə   XİN   Əsəd   Çavuşoğlu  





Xəbər lenti