Azərbaycan və Slovakiya millilərinin start heyətləri

  Azərbaycan və Slovakiya millilərinin start heyətləri
  11 İyun 2019    Oxunub:2001
“AVRO - 2020”nin seçmə mərhələsi çərçivəsində “Bakcell Arena”da qarşılaşacaq futbol üzrə Azərbaycan və Slovakiya milli komandalarının start heyətləri açıqlanıb.
Azvision.az xəbər ki, Azərbaycan millisinin start heyətində Səlahət Ağayev, Şəhriyar Rəhimov, Maksim Medvedev, Anton Krivotsyuk, Bədavi Hüseynov, Qara Qarayev, Riçard Almeyda, Rəşad Eyyubov, Ramil Şeydayev, Araz Abdullayev və Ağabala Ramazanov yer alıblar.

Slovakiya seçməsinin heyətində isə meydana Martin Dubravka, Peter Pekarik, Denis Vavro, Albert Ruşnak, Robert Bojenik, Milan Şkriniar, David Hançko, Marek Hamşik, Yuray Kuçka, Robert Mak və Stanislav Lobotka çıxacaqlar.

Matçı şotlandiyalı Con Bitonun rəhbərliyi ilə hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, bu, yığmamızın “E” qrupunda üçüncü görüşü olacaq. Belə ki, Azərbaycan millisi ilk olaraq Zaqrebdə Xorvatiyaya uduzub (1:2), ikinci görüşdə isə Bakıda Macarıstana (1:3) məğlub olub.

Azvision.az



Teqlər: Milli   Heyət   Futbol   Avro-2020  





Xəbər lenti