Saakyan “kadr” dəyişikliyinə başladı

  11 İyun 2019    Oxunub : 690
Saakyan “kadr” dəyişikliyinə başladı
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində yaradılmış qondarma qurumun "rəhbəri" Bako Saakyan "fövqəladə hallar naziri" Levon Mnaçakanyanı "polis rəisi" təyin edib.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, işdən çıxarılan İqor Qriqoryan isə Saakyanın məsləhətçisi təyin olunub.

Bundan əlavə, "fövqaladə hallar naziri" vəzifəsi müavin Vladik Xaçatryana tapşırılıb.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Bako-Saakyan   Qarabağ   İşğal