Hafiz Hacıyevin qərargahına hücum olub

Hafiz Hacıyevin qərargahına hücum olub
  25 Noyabr 2013    Oxunub:1031
Dünən gecə naməlum şəxslər Müasir Müsavat Partiyasının Qaradağ rayon təşkilatının Sahil qəsəbəsində yerləşən mənzil-qərargahına hücum ediblər. Bu barədə AzVision.az-a Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev özü məlumat verib.

“Hadisə yerinə gələn zaman artıq iş-işdən keçmiş olub. MMP Qaradağ təşkilatının sədri Fazil Yusifov hadisə haqda polisə məlumat verib. Hadisə yerinə gələn hüquq-mühafizə xidmətinin işçiləri hadisə ilə əlaqədar protokol tərtib ediblər. Hazırda hadisə ilə əlaqədar araşdırma aparılır”.


Teqlər:  





Xəbər lenti