Rihanna 25 senatoru “axmaq” adlandırdı: “Sizə ayıb olsun”
O, "Tvitter" hesabında sözügedən qanuna səs verən 25 senatorun şəklini paylaşaraq yazıb: “Baxın, bunlar Amerikanın qadınları üçün qərar verən axmaqlardır. Qubernator Key Ayvi. Sizə ayıb olsun!”.
Müğənnidən başqa hamiləliyin süni yola əngəllənməsini qadağan edən qanunun əleyhinə çıxanlar arasında “Taxt oyunları” serialının aktrisası Lina Xidi, amerikalı top- model Emili Ratokvski də var.
Qeyd edək ki, mayın 15-də ABŞ-ın Alabama ştatının qanunverici orqanı abortu qadağan edən qanunu təsdiqləyib. Qanunun əleyhinə yalnız 6 senator səs verib. Qəbul edilən qanun abort hüququnu ləğv edir və bunu cinayət hesab edir. Bu proseduru həyata keçirən həkimləri isə 10 ildən 99 ilədək həbs gözləyir.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: Rihanna