ABA-dan
Azvision.az -a verilən məlumata görə, həftə ərzində banklarda "Açıq qapı" günləri vasitəsilə fintex və startapların təqdim etdikləri layihələr ilə tanışlıq olacaq, layihələrin maliyyələşdirilməsi imkanlarına baxılaraq, onların maliyyə cəlbediciliyinin artırılması məqsədilə görməli olduqları işlər və biznes planlarında məqsədəuyğun olan dəyişikliklər barədə məsləhətlər almalarına imkan yaradılacaq.
Fintex və startaplar öz layihələrini 12 banka, o cümlədən "Accessbank", "AG Bank", "Amrahbank", "Azər Türk Bank", "Bank Melli İran Bakı filialı", "Express Bank", "Xalq Bank", "Kapital Bank", "Nikoil Bank", "Rabitəbank", "Turanbank" və "Yapı Kredi Bank (Azərbaycan)"a təqdim edə bilərlər.
Azvision.az