"Əli İnsanov normal adam olsaydı, üzr istəyərdi" - Misir Mərdanov (VİDEO)

   "Əli İnsanov normal adam olsaydı, üzr istəyərdi" -    Misir Mərdanov (VİDEO)
  03 May 2019    Oxunub:4067
Keçmiş təhsil naziri, Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitunun direktoru Misir Mərdanov prezident İlham Əlievin əfv sərəncamı ilə azadlığa çıxan sabiq səhiyyə naziri Əli İnsanova müraciət edib.
AzVision.az xəbər verir ki, M.Mərdanov video-müraciətində onu yaramaz əməllərindən uzaq durmağa çağırıb.

“Əli İnsanov, vaxtilə döydüyün, söydüyün, təhqir etdiyin, aşağıladığın insanlarla yığışıb, məsləhətləşib onlarla necə iş aparacaqsan? Onda camaatın nifrətinin qarşısında dayana biləcəksən? Nə qədər gec deyil, bu yaramaz əməllərindən geri çəkilmək lazımdır. 73 yaşı olan bir insan getsin nəvələri, nəticələri ilə məşğul olsun. Sən aktiv siyasətə qoşula bilməzsən. Qoşulsan belə heç bir şey edə bilməzsən. Mən səni başa düşə bilmirəm. Sən normal adam olsaydın, həbsdən cənab prezidentin humanistliyi nəticəsində çıxdıqdan sonra, vaxtilə sənə çörək vermiş, səni zirvələrə qaldırmış, nazir etmiş Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərdin. Diz çökərdin. Deyərdin ki, bağışla məni, səhv etmişəm, üzr istəyirəm. O zaman camaat səni başa düşərdi”, - deyə M.Mərdanov bildirib.



Azvision.az


Teqlər: Misir-Mərdanov   Əli-İnsanov  





Xəbər lenti