“Azərbaycanda orqan satışı aparılmır” - Vilayət Eyvazov

 “Azərbaycanda orqan satışı aparılmır” -    Vilayət Eyvazov
  03 May 2019    Oxunub:2259
“Uşaq əməyinin istismarının qarşısının alınması üçün 14 dövlət qurumu ilə əməkdaşlıq edirik. Bu istiqamətdə ciddi tədbirlər görürük”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2018-ci il üzrə illik məlumatının müzakirəsi zamanı daxili işlər nazirinin müavini Vilayət Eyvazov deyib.

V.Eyvazov qeyd edib ki, 2005-ci ildən insan orqanlarının qanunsuz transplantasiyası ilə bağlı 3 fakt qeydə alınıb: “Bəzi hallarda böyrək və digər orqanlarının satışı ilə bağlı məlumatlar yayılır, bu faktlar yoxlanılır, amma təsdiqini tapmır. Hazırda Azərbaycanda belə hal baş vermir”.

Elvin Abdulqədirov
Azvision.az





Teqlər: Vilayət-Eyvazov  





Xəbər lenti