Deputat Milli Koordinatorun hesabatına irad tutdu

Deputat Milli Koordinatorun hesabatına irad tutdu
  03 May 2019    Oxunub:1714
“İnsan alverindən danışarkən insan alverinin yeni forması Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun diqqətindən yayınıb”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2018-ci il üzrə illik məlumatının müzakirəsi zamanı deputat Elmira Axundova deyib.

Deputat qeyd edib ki, burada söhbət insan orqanlarının alverindən gedir: “Bu hal həm Azərbaycanda, həm də xaricdə yayılmaqdadır. Bu yaxınlarda ölkəmizdə “qara tranplantoloqlar” yaxalanıb, cinayət məsuliyyətinə cəlb olunub. Onlar bir neçə imkanı zəif olan insanları təhrik ediblər ki, öz orqanlarını sataraq qanunsuz əməldə iştirak etsinlər. Halbuki qanunvericiliyə görə böyrək, qaraciyər və digər orqanların tranplantasiyası yalnız ailə üzvlərindən aparılmasına icazə verilib. Ona görə də bu sahəyə nəzarəti gücləndirmək lazımdır, belə faktlar hesabata daxil edilməlidir”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Milli-Məclis   Deputat  





Xəbər lenti