Bakıdakı Əsas Yük terminalı fəaliyyətini dayandırdı

 Bakıdakı Əsas Yük terminalı fəaliyyətini dayandırdı
  02 May 2019    Oxunub:1348
Bu gündən "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Əsas Yük terminalı fəaliyyətini dayandırıb.
Azvision.az xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, bütün liman əməliyyatları Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanında aparılacaq.

Xatırladaq ki, Prezident İlham Əliyevin 18 oktyabr 2007-ci il 2443 saylı sərəncamı ilə Əsas Yük Terminalı ərazisinin ekoloji baxımdan sağlamlaşdırılmasını və milli parkın ərazisinin genişləndirilməsini, şəhərdə nəqliyyat sıxlığının qismən aradan qaldırılmasını təmin etmək üçün mövcud liman kompleksinin Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanına köçürülməsi qərarı verilib.

Azvision.az


Teqlər: Bakı   Liman   Ələt  





Xəbər lenti